Vatikandan əməliyyat olunan Papanın vəziyyəti ilə bağlı açıqlamabackend

Vatikandan əməliyyat olunan Papanın vəziyyəti ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin qarnındakı kəsik nəticəsində yaranan yırtıq səbəbiylə dünən həyata keçirilən laparotomiya və qarın divarı protezi əməliyyatından sonra vəziyyətinin yaxşı olduğu bildirilib.

NOCOMMENT.az xəbər verir ki, dünən Papa Fransiskin Romadakı Gemelli xəstəxanasında 3 saatlıq əməliyyat keçirib.

Vatikanın mətbuat xidmətindən verilən yazılı açıqlamada qeyd olunub:

“Əməliyyatdan sonra vəziyyəti izləyən həkim briqadası Papa Fransiskinin uzunmüddətli istirahətlə sakit bir gecə keçirdiyini bildirib. Ümumi vəziyyəti yaxşıdır, oyaqdır və özü nəfəs ala bilir. Rutin yoxlamalar nəticəsində onun göstəriciləri yaxşı olduğu müəyyən edilib. Əməliyyat sonrası bütün günü istirahətə davam edəcək”.

NOCOMMENT.AZ