Vatsap qalmaqala görə yeni qərarının icrasını təxirə saldıbackend

Vatsap qalmaqala görə yeni qərarının icrasını təxirə saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vatsap istifadəçi müqaviləsinə 8 fevralda tətbiq edəcəyi yenilənmənin icrasını təxirə salıb.

NOCOMMENT-in məlumatına görə, bu barədə “WhatsApp” rəhbərliyinin bəyanatında qeyd olunub.

Messenger yeniləmənin tətbiqetmə tarixini 8 fevraldan 15 may tarixinə qədər dəyişdirib.

“Sosial şəbəkə rəhbərliyi istifadəçilərə yeni siyasəti izah edə bilmək, şərtləri nəzərdən keçirib qəbul etmələri üçün onun tətbiq edilməsini 16 may tarixinə qədər təxirə salır. Fevralın 8-də heç bir hesab bloklanmayacaq və silinməyəcək”, – deyə məlumatda qeyd olunub.