Vatsapda daha bir funksiya tətbiq olundubackend

Vatsapda daha bir funksiya tətbiq olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vatsapda ismarışların silinməsi ilə bağlı yeni funksiya tətbiq olunub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bundan sonra ismarışlar istifadəçinin təyin etdiyi müddət ərzində avtomatik silinəcək. Xüsusi komanda ilə işə salınacaq funksiya ismarışları 24 saat, 1 həftə, yaxud 90 gün sonra silir.

Belə ki, Android və ya iOS ilə çalışan telefonlarda funksiyanı açmaq və yaxud söndürmək üçün “Parametrlər”, sonra şəxsi hesabdan “Məxfilik” bölməsinə, orada da “Silinən ismarışlar” bölməsinə daxil olmaq gərəkdir.

Xatırladaq ki, ismarışları silən funksiya ötən il tətbiq olunub və indiyədək hər çatda ayrıca işə salınırdı.