Vatsapdakı problemlə bağlı rəsmi açıqlamabackend

Vatsapdakı problemlə bağlı rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, “WhatsApp” mesencerinin işində problem yaranıb. Artıq bir saata yaxındır ki, istifadəçilər vatsapdan mesaj göndərə bilmirlər.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, mesencerdə yaranmış problemin səbəbi barədə “Meta” şirkəti rəsmi açıqlama yayıb.

Şirkətin sözçüsü bildirib ki, problem yaxın vaxtda həll olunacaq: “Qlobal xarakter daşıyan problem bir çox ölkələrdə müşahidə olunur. Bəzi insanların hazırda mesaj göndərməkdə çətinlik çəkdiyini bilirik və vatsapı hamı üçün mümkün qədər tez bərpa etməyə çalışırıq”

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən isə bildirilib ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.