“Vaxt rusların tərəfindədir” – Macarıstanın Baş naziribackend

“Vaxt rusların tərəfindədir” – Macarıstanın Baş naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna münaqişəsində zaman Rusiyanın tərəfindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Kossuth radiostansiyasının proqramında bildirib.

Onun sözlərinə görə, əsgərlərin həyatını xilas etmək üçün Ukraynada hərbi əməliyyatlar mümkün qədər tez dayandırılmalıdır. Orban qeyd edib ki, bu məsələlər fevralın 1-də Brüsseldə keçirilən Aİ sammitində müzakirə olunub, siyasətçilər “bundan sonra nə edəcəyini” müzakirə ediblər.

“Qərb hələ də düşünür ki, vaxt bizim tərəfimizdədir və müharibə nə qədər uzun sürsə, Ukraynanın hərbi vəziyyəti bir o qədər yaxşılaşacaq”, – baş nazir bildirib.

O, tamamilə əks fikirdə olduğunu etiraf etdi: “vaxt rusların tərəfindədir”. Orban uzunmüddətli hərbi əməliyyatların yalnız itkiləri artıracağını və qüvvələr balansının “Ukraynanın xeyrinə dəyişməyəcəyini” proqnozlaşdırıb.