Vaydel: Tramp və Mask Ukraynada münaqişəyə son qoyacaqlarbackend

Vaydel: Tramp və Mask Ukraynada münaqişəyə son qoyacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sağçı “Almaniya üçün Alternativ” Partiyasının (AfD) həmsədri və Almaniya kanslerinə namizəd Alisa Vaydel ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın və ona yaxın sahibkar Elon Maskın Ukraynadakı münaqişəni başa çatdıra biləcəyinə ümid etdiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, onların söhbəti (Elon Mask və Alisa Vaydel) X platformasında baş tutub.

“Mənim Donald Trampa və sizin administrasiyanıza ümidim ondan ibarətdir ki, siz bu dəhşətli müharibəni ən qısa zamanda bitirəcəksiniz <…> çünki avropalılar bunu edə bilməz”, – Vaydel deyib.

Almaniya kanslerliyinə namizəd əlavə edib ki, indiki Qərb elitaları çox şeydən, o cümlədən hərbi gücdən və diplomatik səylərdən imtina edərək, özlərini ABŞ-dan tamamilə asılı vəziyyətə salıblar. Vaydel qeyd edib ki, Ukrayna və Rusiyadan söhbət gedəndə avropalıların bu münaqişəyə son qoymaq üçün ortaq strategiyası və hərbi gücü yoxdur, çünki Aİ onilliklər ərzində NATO-nun ümumi büdcəsinə töhfə vermir.