VAZ əvvəlcə ağaca, sonra yük maşınına çırpıldı – Ölən varbackend

VAZ əvvəlcə ağaca, sonra yük maşınına çırpıldı – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, martın 11-də saat 01 radələrində Ağdaş şəhəri ərazisində VAZ-2104 markalı avtomobilin sürücüsü Mürsəl Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə ağaca, daha sonra yolun kənarında dayanan yük avtomobilinə çırpılıb.

Avtomobildəki sərnişin, 1981-ci il təvəllüdlü Ceyhun Vəli oğlu Qəhrəmanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.