Vazgen Sarkisyanın Şuşadakı heykəli söküldü – FOTObackend

Vazgen Sarkisyanın Şuşadakı heykəli söküldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1992-ci ildə Şuşanın işğal olunmasına rəhbərlik edən terrorçulardan biri – Ermənistanın sabiq baş naziri Vazgen Sarkisyanın Şuşa şəhər İcra Hakimiyyətinin binası qarşısında qoyulan heykəli sökülüb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Vazgen Sarkisyan Şuşanın işğalı ilə bərabər Xocalıda dinc azərbaycanlılara qarşı törədilən vəşhiliklərin əsas iştirakçısı olub.

Ermənistanın ilk müdafiə naziri olan Vazgen Sarkisyan müharibədən sonra da – 1995-99-cu illərdə yenidən Ermənistanın müdafiə naziri olub. 1999-cu ildə Ermənistanın baş naziri vəzifəsinə təyin edilib. 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinin gülləbaran edilməsi zamanı öldürülüb.

Qeyd edək ki, bu ilin may ayının 9-da Ermənistanın baş naziri Nikol Paşinyan Şuşaya səfəri zamanı Vazgen Sarkisyanın heykəlini də ziyarət etmişdi.