Vəfat edən məmur yüksək vəzifəli şəxsin atası imiş – FOTObackend

Vəfat edən məmur yüksək vəzifəli şəxsin atası imiş – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsinin müdiri Oqtay Fərzəliyev ötən gün vəfat edib.

NOCOMMENT.az Publika.az-a istinadla bildirir ki, vəfat edən məmur “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyevin atasıdır.

X. Fərzəliyev 2018-ci ildən qeyd edilən yüksək vəzifədə çalışır.

Qeyd edək ki, Oqtay Soltan oğlu Fərzəliyev 2011-ci ildən Geologiya və Geofizika İnstitutunda Mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyib.

O, 2022-ci ildən AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsinin müdiri vəzifəsində çalışırdı.