Vəkil: Keçmiş deputat 400 min aldı, sonra da məndən şikayət etdibackend

Vəkil: Keçmiş deputat 400 min aldı, sonra da məndən şikayət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sonuncu iclasında vəkil Bəhruz Bayramovla bağlı şikayətə baxılıb.

NOCOMMENT xəbər verir ki, B.Bayramov qafqazinfo-ya açıqlamasında bildirib ki, 10 il deputat kürsüsündə əyləşmiş bir şəxslə məhkəmə çəkişmələri olub: “Adını çəkmək istəmədiyim keçmiş deputatla hüquqlarını müdafiə etdiyim şəxs arasında mülki işlə bağlı məhkəmə çəkişməsi gedirdi.

Üç il əvvəl tərəflər arasında barışıq sazişi imzalanıb və keçmiş deputat 400 min dollar (680 min manat) pul alıb. İndi isə məhkəməyə şikayət edib ki, pulu almayıb və sazişin ləğv olunmasını istəyib.

Müvəkkilimi ləqayətli müdafiə etməyim nəticəsində məhkəmə keçmiş deputatın əleyhinə qərar verib. O da mənim Vəkillər Kollegiyası üzvlüyündən çıxarılmağı tələb edərək kollegiyaya şikayət ünvanlayıb. Orada da bildirib ki, guya mən məhkəmə iclasında onu təhqir etdim.

Rəyasət Heyəti bununla bağlı məhkəməyə sorğu verib və mənim onu təhqir etmədiyim məlum olub. Bununla da, keçmiş deputatın kollegiyaya etdiyi şikayət əsassız olduğu üçün həmin işə xitam verildi”.