VƏKİL: Rəfael Cəbrayılovun qardaşının cinayətdə əli varbackend

VƏKİL: Rəfael Cəbrayılovun qardaşının cinayətdə əli var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə dünyasını dəyişən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

NOCOMMENT-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, barələrində məcburi gətirilmə qərarı verilmiş Təranə Fətəliyeva və Vidadi Məmmədov məhkəməyə gəlməyiblər.

Zərərçəkmiş şəxslərin müdafiəçisi vəkil Kamandar Nəsibov deyib ki, bu gün məhkəmədən yayınan Təranə Fətəliyeva cinayət işi üzrə əsas şahidlərdən biri olmaqla yanaşı, mərhum şəxsin qardaşı Elşən Cəbrayılovun da əməllərindən xəbərdardır.

Məlumata görə, zərərçəkmiş şəxslərin bir neçəsini Rafael Cəbrayılovla əlaqələndirən T.Fətəliyeva olub.

Hakim bildirib ki, məcburi gətirilmə qərarının icra olunmaması ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) yenidən müraciət edəcək.

Vəkil Kamandar Nəsibov isə deyib ki, iki gün əvvəl dələduzluqda təqsirləndirilərək barəsində cinayət işi başlayan Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun bu işdə bilavasitə əlaqəsi var. Müdafiəçi Elşən Cəbrayılovun cinayət işi ilə bağlı olması barədə məhkəməyə sənədlər təqdim edib:

“Bu günlərdə məlum oldu ki, Elşən barəsində başqa bir rayonda cinayət işi açıblar. Buradan da aydın olur ki, o, əvvəldən dələduzluqla məşğul imiş. Bu cinayət işində də onun əli var. Elşən burada ifadə verəndə deyirdi ki, mən Allah adamıyam, namaz qılıram. Amma sübut olundu ki, dələduzluqla məşğul imiş. Hesab edirəm, hazırkı iş yenidən istintaqa qaytarılmalı və Elşən Cəbrayılov da işə cəlb olunmalıdır.”

Hakim hazırda Elşən Cəbrayılovun deyil, Rafael Cəbrayılovun işinə baxıldığını bildirib. Növbəti proses aprelin 28-nə təyin olunub.