Vəkildən ŞOK İDDİA! “PFL qanunsuz olaraq onun müqaviləsini…”backend

Vəkildən ŞOK İDDİA! “PFL qanunsuz olaraq onun müqaviləsini…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az bildirir ki, “Səbail”in sabiq futbolçusu Tural Bayramlının hüquqlarını qoruyan Elcan Həsənli Sportinfo.az-a açıqlama verib.

Hüquqşunas müdafiəçisi olduğu futbolçunun “Səbail”lə davam edən məhkəmənin yekun qərarı və bundan sonra atılacaq addımlar barədə danışıb:

“Bu məsələ ilə bağlı lap əvvələ gedim. Klubla onun arasında 2 illik müqavilə vardı. Ötən mövsümün sonu Turala bildiriş göndərilərək müqaviləyə birtərəfli qaydada xitam verildi.

Müqaviləyə iki halda xitam verilə bilər – Müqavilənin bitməsi və tərəflərin qarşılıqlı razılığı əsasında. Birtərəfli qaydada olanda aydınlaşdırılmalıdır ki, üzrlü səbəbdir, yoxsa yox.

Biz də hesab edirik ki, klub əsassız olaraq müqaviləyə xitam verib. Buna görə AFFA-nın Transfer Komitəsinə müraciət edərək bir illik əməkhaqqını təzminat olaraq tələb elədik.

Bizim tələbimiz təmin edilmədi və heç bir əsaslandırılmış cavab verilmədi. Müqavilədə belə bir bənd vardı ki, klub istənilən vaxt müqaviləni ləğv edə bilər.

Qərarı buna istinad edərək haqq qazandırmağa çalışırlar. Amma biz əvvəldən də bildirmişik ki, belə bir bənd FİFA-nın qaydalarına ziddir.

Əsassız olaraq müqaviləyə əlavə edilib və qanunsuz olaraq Peşəkar Futbol Liqası (PFL) tərəfindən təsdiq edilib. Yekunda komitə bizim iddiamızı qəbul etmədi.

Qərarın sonrakı günü apellyasiya şikayəti verdik. Hazırda iş Apellyasiya Arbitaj Tribunalındadır.

Ətraflı