Vəkili Eldar Həsənovla bağlı xəbərləri TƏKZİB ETDİbackend

Vəkili Eldar Həsənovla bağlı xəbərləri TƏKZİB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının sabiq Baş Prokuroru, sabiq səfir, hüquqlarını müdafiə etdiyim, Eldar Həsənovun ailə üzvlərinə məxsus müsadirə qərarından verdiyimiz kassasiya şikayətlərinin baxılmasının nəticələri ilə bağlı bəzi mətbuat orqanlarında adımdan verilmiş açıqlamalarda yanlışlıq olub.

NOCOMMENT xəbər verir ki, bu barədə tanınmış vəkil Cavad Cavadov sosial şəbəkələrdə məlumat verib.

C.Cavadov qeyd edib ki, Eldar Həsənovun hər üç övladının müsadirə olunmuş əmlakları ilə bağlı verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə 21 oktyabr 2022-ci ildə baxılıb və şikayətlər təmin olunub: “Həyat yoldaşı Elmira Həsənovaya münasibətdə verilmiş kassasiya şikayəti qismən təmin olunub və təmin olunmayan Eldar Həsənovun yeganə yaşayış evinin müsadirə hissəsi ilə bağlıı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediləcək.

Bəzi mətbuat orqanlarında yanlış olaraq Eldar Həsənova verilmiş cəzanın qüvvədə saxlanılması barədə məlumatlar yayılıb.

Bununla bağlı bildirirəm ki, Azərbaycan Respublikası Ali Məhkəməsinə apellasiya məhkəməsinin qərarından təyin edilmiş cəza ilə bağlı kassasiya şikayəti verilməyib və bu məsələ Ali Məhkəmədə müzakirə predmeti olmayıb. Eldar Həsənovun övladları məhkəmənin qanuni və ədalətli qərarına görə Azərbaycan Respublikasının Prezidentinə və Ali Məhkəmənin sədrinə minnətdarlıqla müraciət ediblər”.