Vəkilin intihar etməsi ilə bağlı cinayət işi açılıbbackend

Vəkilin intihar etməsi ilə bağlı cinayət işi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda vəkilin intihar etməsi faktı ilə bağlı cinayət işi açılıb.

Bu barədə NOCOMMENT.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Vəkil Zaur Məmmədovun yanvarın 1-də saat 19 radələrində intihar etməsi faktı üzrə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində ölüb.