Vəkillər Kollegiyası erməni vandalizmi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edibbackend

Vəkillər Kollegiyası erməni vandalizmi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən təxribatlara cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı 44 günlük əks-hücum əməliyyatı müvəffəqiyyətlə başa çatmış, noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, uzun illər davam edən işğala son qoyulub.

Bu barədə NOCOMMENT-ə Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, Erməni silahlı qüvvələrinin işğalı altında olan tarixi Azərbaycan torpaqları azad edildikcə, bütün dünya erməni terrorunun daha bir üzü – mədəni, tarixi və ekoloji vandalizmin şahidi oldu. Erməni faşistləri boşaltdıqları ərazilərdə evləri, məktəbləri, tarixi-mədəni abidələri dağıdır və talayır, meşələri yandırır, ağacları kəsərdilər.

Azərbaycanın işğaldan azad edilən ərazilərindəki memarlıq abidələrinin bir qisminin erməniləşdirilməsi, digər qisminin vandalizmə uğradılması ciddi təşviş doğurur. Ermənistanın bu hüquqazidd əməlləri nəticəsində işğal altındakı Azərbaycan ərazilərində qalan islam dini abidələri, bağ, park və memarlıq ansamblları ermənilər tərəfindən dağıdılaraq artıq çoxdan tarixə çevrilib.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası hüquqi və faktiki cəhətdən əsaslandırılmış hesabat xarakterli müraciətini beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, toplam 230 beynəlxalq təşkilata və ali qurumların 40 səlahiyyətli şəxslərinə ünvanlayaraq Ermənistan Respublikası tərəfindən həyata keçirilən ekoloji və mədəni terrora qiymət verilməsinə və bu hərəkətlərin kəskin şəkildə qınanılmasına çağırıb.