Vəkillər Kollegiyasının sədrindən deputatlara ETİRAZbackend

Vəkillər Kollegiyasının sədrindən deputatlara ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəkillərin 500 manat cərimələnməsi ilə bağlı Mülki Prosessual Məcəlləyə təklif edilən yeni – 174.5-ci maddə vəkillərin narazılığına səbəb olub.

NOCOMMENT.az-ın məlumatına görə, hətta Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov da təklifə etiraz edib.

A.Bağırov bu səbəbdən də bir neçə sual ünvanlayıb:

“Vəsatətin və ya şikayətin “açıq-aşkar əsassız” olması meyarı necə müəyyən olunub və müəyyən olunubmu? Bu ifadə hüquqi müəyyənlik prinsipinə nə dərəcədə cavab verir? Hazırda imkansız vətəndaş mülki işlər üzrə aşağı instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımla təmin olunmur, hüquqi savadı və hüquqi yardıma çatımlığı olmayan şəxs istənilən halda “açıq-aşkar və aşkar olmayan əsasssız” vəsatət verəndə 500 manatadək cərimələnməsi nə dərəcədə ədalətli olacaq?

Bu sualların əsaslı cavabını eşitmək maraqlı olardı”.

Qeyd edək ki, Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə yeni – 174.5-ci maddə əlavə olunması təkif olunur.

Maddəyə görə, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.
Modern.az