Venesuela ABŞ-a Maduro ilə bağlı tələblərlə müraciət etdibackend

Venesuela ABŞ-a Maduro ilə bağlı tələblərlə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelanın baş prokuroru Tarek Uilyam Saab ABŞ-ı prezident Nikolas Maduro və həyat yoldaşının sağ olduğunu təsdiqləməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə VTV Canal8 məlumat yayıb.

O, həmçinin Venesuela lideri və həyat yoldaşının başına gələ biləcək hər hansı bir hadisəyə görə ABŞ-ı günahlandırdı.

Saab ABŞ hücumunun “günahsız mülki şəxslərə” qarşı yönəldiyini vurğuladı və Vaşinqtonun hərəkətlərini “pis niyyətlə” törədilmiş cinayətkar hərəkət adlandırdı.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Maduro və həyat yoldaşının tutularaq ölkədən çıxarıldığını açıqlamışdı. O, ABŞ-ın Venesuelaya qarşı uğurlu hücum başlatdığını və bu əməliyyatın Amerika hüquq-mühafizə orqanları ilə birgə həyata keçirildiyini vurğulamışdı.