Venesuela hakimiyyəti prezident Nikolas Maduronun silahdaşının ABŞ-da azadlığa buraxılması müqabilində 12-si ABŞ vətəndaşı olmaqla 36 nəfəri azad edəcəyini vəd edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
“Venesuela ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronun silahdaşını azadlığa buraxması müqabilində 12 amerikalı da daxil olmaqla 36 nəfəri azad edəcək”, – nəşr yazır.
Bundan əvvəl Associated Press məlumatlı mənbəyə istinadən xəbər vermişdi ki, Ağ Ev prezidenti Co Bayden administrasiyası ABŞ-dan olan məhbuslar müqabilində Venesuela prezidenti Nikolas Maduronun yaxın silahdaşını azad edib.