Venesuela beynəlxalq iqtisadi azadlıq zonası yaratmağı təklif edibbackend

Venesuela beynəlxalq iqtisadi azadlıq zonası yaratmağı təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkə hökuməti BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupunun son iclasında dövlətləri “iqtisadi azadlıq zonası” haqqında sazişi qəbul etməyə dəvət edib”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Monkada RİA Novosti-yə müsahibəsində bildirib.

“Təsəvvür edin ki, Venesuela və Rusiya müqavilə imzalayıb. İngiltərə, Fransa və ya ABŞ-ın qərarları ölkələrimizdə tanınmır və bizim bir-birimizlə qanuni, legitim iş aparmaq azadlığımız var”, – o deyib.

Monkada izah edib ki, plana görə, ABŞ-ın iqtisadi təcavüzünə qarşı çıxmaq və ondan qorunmaq üçün belə bir saziş 50 və ya 100 ölkə tərəfindən imzalanacaq. O əlavə edib ki, belə bir təklif Rusiyaya və “dünyadakı bütün dostlara” məcburi birtərəfli tədbirlərlə mübarizə aparmaq üçün edilib.