Venesuela müdafiə naziri DİRİLDİ – Danışdı və ABŞ-ni ittiham etdi / VİDEObackend

Venesuela müdafiə naziri DİRİLDİ – Danışdı və ABŞ-ni ittiham etdi / VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Venesuela xalqı bu gün, 3 yanvar 2026-cı il tarixində ABŞ hökumətinin ən cinayətkar hərbi təcavüzünə məruz qalıb”.

NOCOMMENT.az xəbər verir ki, bunu Venesuela müdafiə naziri Vladimir Padrino Lopes video-müraciət yayımlayaraq deyib.

Nazir müraciətində vurğulayıb:

“Qəhrəman Venesuela xalqı! Vətən əsgərləri! Bolivarın oğulları və qızları! Bolivarın milli silahlı qüvvələri bütün dünyaya bildirir ki, bu səhər Venesuela xalqı ABŞ hökumətinin həyata keçirdiyi ən cinayətkar hərbi təcavüzün hədəfi olub. Şərəf, borc və tarix bizi çağırır. Gəlin azad Vətənimizin səsi hər küncə çatsın! Qələbə bizim olacaq, çünki ağıl və ləyaqət bizə yoldaşlıq edir! Biz qalib gələcəyik!”

Qeyd edək ki, əvvəlki məlumatlara görə, Sky News Arabia ABŞ zərbələrinin Venesuela müdafiə nazirinin evinə də dəydiyini və onunla əlaqənin kəsildiyini bildirib.

Bəzi KİV-lər isə onun öldürüldüyünü iddia ediblər.