Venesuela müxalifəti HAKİMİYYƏTİ ələ keçirə bilər – Bəyanat yayıldı!backend

Venesuela müxalifəti HAKİMİYYƏTİ ələ keçirə bilər – Bəyanat yayıldı!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ölkədə hakimiyyəti öz əllərinə götürmək niyyətində olduqlarını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki o, xalqa müraciətində bildirib ki, Venesuelada azadlıq saatı artıq çatıb və bu gün müxalif qüvvələr onlara verilmiş mandatı yerinə yetirməyə, hakimiyyəti ələ almağa hazırdır.

Maçado ölkə daxilində yaşayan venesuelalılara səslənərək, yaxın vaxtlarda rəsmi kanallar vasitəsilə veriləcək çağırışlara hazır olmağa çağırıb. Xaricdə yaşayan Venesuela vətəndaşlarına müraciət edən müxalifət lideri isə onların səfərbər olmasının, dünya hökumətlərini və ictimaiyyətini prosesə cəlb etməsinin vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, məqsəd bu andan etibarən “yeni Venesuelanın qurulması” üçün genişmiqyaslı bir əməliyyata beynəlxalq dəstək toplamaqdır.

Maçado çıxışında hazırkı saatları həlledici adlandıraraq, xalqa güvən, əzm və həmrəylik mesajı verib, hər kəsi ayıq-sayıq və əlaqədə olmağa çağırıb. O, çıxışını “Venesuela azad olacaq” sözləri ilə yekunlaşdırıb.