Venesuela Paraqvayla diplomatik münasibətləri kəsdiyini elan edibbackend

Venesuela Paraqvayla diplomatik münasibətləri kəsdiyini elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paraqvay prezidenti Santyaqo Penyanın Venesuela müxalifətinin lideri Edmundo Qonzalesə dəstək bəyanatından sonra Venesuela Paraqvayla diplomatik münasibətləri kəsdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin rəhbəri İvan Gil öz Telegram kanalında yazıb.

“Bolivar Venesuela Respublikası beynəlxalq hüquqa və müdaxilə etməmək prinsipinə məhəl qoymayan Paraqvay prezidenti Santyaqo Penyanın bəyanatlarını qəti şəkildə rədd edir…Bu kontekstdə Venesuela Bolivar Respublikası Paraqvay Respublikası ilə diplomatik əlaqələri kəsmək və diplomatik heyətini dərhal geri çağırmaq qərarına gəlib”, – məlumatda deyilir.