Venesuela Prezidenti Nikolas Maduro ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.
NOCOMMENT.az xəbər verir ki, bu qərar nazirin evinə atəş açılması və ölkədə artan siyasi gərginlik fonunda verilib.
Fövqəladə vəziyyət çərçivəsində təhlükəsizlik orqanlarının səlahiyyətləri artırılır, ictimai nəzarət gücləndirilir və təhlükəsizlik tədbirləri genişləndirilir.
Prezident Maduro və hökumət bu addımı ölkədə sabitliyi qorumaq və potensial təhlükələri qarşısını almaq məqsədilə atdıqlarını bildiriblər.
Qərarın nə qədər müddət üçün qüvvədə olacağı və detalları barədə rəsmi açıqlamalar gözlənilir.









