Vens Bakıya gəldi, SEPAH təhdid etdi – Azərbaycana qarşı…backend

Vens Bakıya gəldi, SEPAH təhdid etdi – Azərbaycana qarşı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ABŞ vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Vitse-prezidenti Vens mətbuata bəyanatlarla çıxış ediblər.

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Telegram kanalı Vensin Azərbaycana səfəri ilə bağlı təhdid xarakterli paylaşım edib.

Paylaşımda ənənəvi şəkildə Azərbaycan hədəf göstərilərək regionda mümkün gərginliklə bağlı iddialar irəli sürülüb.

Bildirilib ki, guya Qafqazda “böyük müharibənin təməli qoyulur” və İran öz təhlükəsizliyi məsələsində “heç kimlə zarafat etmir: “Bu gün Qafqazda böyük bir müharibənin təməli qoyuldu. Qurbanlar artıq seçilib. Məsələ öz təhlükəsizliyi olanda, İran heç kimlə zarafat etmir”.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Telman Cəfərov bildirib ki, bu gün bölgəmizdə mövcud olan daha bir ciddi problem, xüsusilə ABŞ ilə İran arasında yaranmış gərginlikdir:

“ABŞ nümayəndə heyətinin bölgəyə səfəri zamanı bu məsələ ilə bağlı da müəyyən müzakirələrin aparılması qaçılmazdır. Çünki Azərbaycan bölgədə mühüm aktordur, ciddi siyasi çəkisi olan və qətiyyətli siyasət həyata keçirən bir dövlətdir. Bölgədə gedən proseslərdə Azərbaycanın böyük maraqları var və onun özünəməxsus mövqeyi və rolu mövcuddur. Vensin İsəfəri onu göstərdi ki, ABŞ Cənubi Qafqaza təkcə geosiyasi nəzarət arealı kimi baxmır”.

Telman Cəfərov

Şərhçinin sözlərinə görə, həm də açıq-aydın görünür ki, Vaşinqton Cənubi Qafqaza öz sərmayə və texnologiyalarının gəlişini təşviq etməklə region iqtisadiyyatında da öz rol və çəkisini artırmaq, ölkələrin inkişafında əsas rol oynamaq niyyətindədir:

“Bu isə region ölkələrinin iqtisadi tərəqqisi üçün yeni fürsət və imkanlar açan, onları məmnun edən, olduqca cəlbedici bir yanaşmadır. İranın SEPAH və digər radikal qruplarına bağlı təbliğatçılarının bəyanatları göydəki ulduza etiraz səsindən başqa bir şey deyil”.

Tunar
NOCOMMENT.az