Vens Rusiya və Ukraynanı təmas xətti boyunca “sərhədi dondurmağa” çağırıbbackend

Vens Rusiya və Ukraynanı təmas xətti boyunca “sərhədi dondurmağa” çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın vitse-prezidenti J.D.Vens hesab edir ki, Rusiya və Ukrayna münaqişəni dayandırmaq və hazırkı təmas xəttinə yaxın səviyyədə “sərhədi dondurmaq” üçün son addımı atmalıdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

“Düşünürəm ki, indi sonuncu olmasa da, son addımlardan birini atmağın, daha doğrusu, tərəflərin qətlləri dayandırmağa, ərazi sərhədlərini indiki səviyyəyə yaxın səviyyədə dondurmağa hazır olduqlarını bəyan etmələrinin vaxtıdır”, o, Tac Mahal ziyarətindən sonra jurnalistlərə bildirib. ABŞ vitse-prezidentinin sözlərini “Frans Press” agentliyi sitat gətirir.

Vansın fikrincə, bu halda həm Rusiya, həm də Ukrayna ərazi güzəştlərinə getməli olacaq.

Aprelin 20-də ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin nizamlanmasına dair razılaşmanın yaxın həftə ərzində əldə olunacağına ümid etdiyini bildirib. “The New York Post”un (NYP) yazdığına görə, Trampın planında Avropa qoşunlarının Kiyevin nəzarətində olan ərazilərdə yerləşdirilməsi ilə bağlı bənd ola bilər. Bundan əlavə, atəşkəs rejiminə nəzarət etmək üçün Rusiya, Ukrayna və NATO-ya daxil olmayan üçüncü ölkənin nümayəndələrinin daxil olacağı “birgə komissiya”nın yaradılması məsələsinə baxılır.

Eyni zamanda, ABŞ dövlət katibi Marko Rubio Parisdə jurnalistlərə bildirib ki, tezliklə irəliləyiş əldə olunmasa, Tramp Ukrayna böhranının həlli istiqamətində səylərini geri çəkə bilər. Trampın özü ABŞ-ın danışıqlardan çıxmasının mümkün olduğunu, lakin buna imkan vermək istəmədiyini bildirib.