“Prezident Donald Tramp danışıqlarda mövqelərini açıq şəkildə bəyan etməkdən çəkinir və qərarlarını əsasən şəxsi görüşlər zamanı formalaşdırmağa üstünlük verir”.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens deyib.
Vensin sözlərinə görə, Tramp adətən danışıqlar zamanı sərhədləri və konkret mövqeləri əvvəlcədən açıqlamır, çünki bunun onu şəxsi görüşlərdə məhdudlaşdırdığını düşünür.
Vitse-prezident qeyd edib ki, ABŞ prezidenti qarşıdakı günlərdə və həftələrdə öz komandası və digər tərəfdaşlarla çoxsaylı müzakirələr aparacaq. Bu görüşlər zamanı müxtəlif mövqelər dəyərləndiriləcək və qərarlar formalaşdırılacaq.
Onun sözlərinə görə, Tramp özünə manevr imkanını qorumağa çalışır:
“Prezident özü üçün qərar qəbuletmə məkanını saxlayacaq. Bu da o deməkdir ki, bütün kartlarını əvvəlcədən ictimaiyyətə açıqlamayacaq”, – deyə Vens vurğulayıb.
Müşahidəçilər hesab edirlər ki, bu yanaşma Trampın danışıqlarda çevik mövqe tutmasına və situasiyaya uyğun qərarlar verməsinə imkan yaradır.
Sara













