Vens: “Ukrayna ərazisini Rusiyaya verməli olacaq”backend

Vens: “Ukrayna ərazisini Rusiyaya verməli olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Cey Di Vens deyir ki, Ukrayna hakimiyyəti ərazilərin bir hissəsinin Rusiyaya keçəcəyi ilə barışmalı olacaq.

NOCOMMENT.az xəbər verir ki, onun Miçiqandakı çıxışından kadrlar NewsNation Youtube kanalı tərəfindən yayımlanıb.

“Düşünürəm ki, son nəticədə yenə də Ukrayna bu qərarı verməli olacaq”, – deyə siyasətçi qeyd edib.

Onun fikrincə, ABŞ Rusiya və Ukrayna nümayəndələrini bir araya gətirməklə vasitəçi kimi çıxış edə bilər.