Vergi ödəyicilərinə daha bir güzəştbackend

Vergi ödəyicilərinə daha bir güzəşt

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vergi Məcəlləsində son dəyişikliklərdə vergi ödəyicilərinin mənafelərinə xidmət edən bir sıra dəyişikliklər edilib. Onlardan biri də hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan vergi ödəyicilərinə vergi hesabatlarının təqdim olunmamasına görə tətbiq edilən maliyyə sanksiyasının ləğv olunması ilə bağlıdır. 

NOCOMMENT Oxu.az-a istinadən xəbər verir ki, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, bundan sonra maliyyə sanksiyaları yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergitutma obyektləri olan, yəni vergi hesabatları vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə tətbiq olunacaq.  Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatının olmaması barədə arayışı təqdim etməyən vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq edilməyəcək.

Xatırladaq ki, əvvəllər bir sıra vergi ödəyiciləri (xüsusilə mikro sahibkarlıq subyektləri) bir çox hallarda sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatının olmaması barədə arayışı təqdim etmirdi (əksər hallarda qanunvericiliyin tələblərini bilməməsi səbəbindən), nəticədə vergi orqanı tərəfindən həmin şəxslərə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunurdu. Bu isə vergi öhdəliyi yaranmayan vergi ödəyicilərinin maliyyə itkilərinə məruz qalmasına səbəb olurdu.