Veriliş hazırlaya bilmirlər, mütəxəssis yoxdur- Rasim Balayevbackend

Veriliş hazırlaya bilmirlər, mütəxəssis yoxdur – Rasim Balayev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bunların camaatın ailə məsələlərini efirdə işıqlandırmaqdan başqa əllərindən heç nə gəlmir. Efirlərimizdəki o verilişlərə nə baxmıram, nə də heç nə düşünmürəm. Elə baxmadığıma görə də xoşbəxt oluram. İndi heyvanlar aləminə baxıram və zövq alıram”

NOCOMMENT.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rasim Balayev efirlərimizlə bağlı danışarkən deyib. Aktyor bir çox verilişlərin onun ürəyincə olmadığını bildirib:

“Heç Yeni ildə də o verilişlərə baxmadım. Çox primitiv verilişlər yayımlayırlar. Verilişi hazırlaya bilmirlər. Ancaq səviyyəsiz musiqiylə, müğənnilərlə hər şeyi başa vururlar. Mətbəxdə də, səhnədə də vəziyyət o cürdür. Veriliş hazırlaya bilmirlər, mütəxəssis yoxdur. Düzdü, bu səviyyəsizlik elə Rusiya televiziyalarında da var, amma onlarda heç olmasa paralel olaraq babat filmlər də göstərirlər. Yəni dediyim odur ki, hər şey bərbad vəziyyətdədir”.