Vətən Müharibəsi anbaan (ikinci hissə) – VİDEObackend

Vətən Müharibəsi anbaan (ikinci hissə) – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələri darmadağın etdi, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi.

Ümumilikdə, hərbi kampaniya dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi.

Azərbaycanın Müdafiə Nazliriyi düşmənin canlı qüvvəsi və texnikasının məhv edilməsi anlarını gündəlik olaraq ictimaiyyətə təqdim etdi.

NOCOMMENT xəbər verir ki, Report İnformasiya Agentliyi 44 gün ərzində yayımlanan görüntülərdən ibarət çoxhissəli film hazırlayıb.

“Vətən Müharibəsi – anbaan” filminin ikinci hissəsini təqdim edirik: