Azərbaycan ordusunda 20 ildən artıq xidmət etmiş və Vətən müharibəsinin iştirakçısı olan ehtiyatda olan Baş gizir Ruşanov Famil Namaz oğlu Ukraynada baş verən hərbi əməliyyatlar zamanı itkin düşüb.
NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, məlumatı hərbi bloqer Tofiq Şahmuradov öz sosial media hesabında paylaşıb.
Bildirilir ki, Ruşanov Famil Namaz oğlu hazırda Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukrayna ərazisində itkin sayılır və artıq təxminən 5 aydır yaxınlarından heç bir xəbər yoxdur.
Hərbi bloqerin verdiyi məlumata görə, o, 25-ci ordu və 37-ci alayın tərkibində döyüşlərdə iştirak edib.
Qeyd edək ki, Baş gizir Famil Ruşanov Vətən müharibəsində göstərdiyi xidmətə görə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.













