İtkin düşən qazinin meyiti tapıldıbackend

İtkin düşən qazinin meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsində sürücü kimi iştirak edən Süleymanov Kamal Ceyhun oğlu dekabrın 31-də Abşeron rayonunda yerləşən hərbi hissədən tərxis edildikdən sonra itkin düşmüşdü. K.Süleymanovun yaxınları onun itkin düşməsi ilə bağlı polisə və mediaya bildirsələr də, K.Süleymanovu tapmaq mümkün olmamışdı.

NOCOMMENT-in xəbərinə görə, Kamal Süleymanovun yaxınları trend-ə bildiriblər ki, ötən gün 25 yaşlı gəncin meyiti tapılıb. Vətən müharibəsinin iştirakçısının meyiti digər iki nəfərlə birlikdə Abşeron rayonunda kirayədə yaşadığı evdə aşkarlanıb. Hər üç şəxs dəm qazından boğularaq ölüb.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü K.Süleymanov müharibənin ilk günündən səfərbərliyə çağırılaraq Füzuli uğrunda döyüşlərdə iştirak etmişdi. O sonuncu dəfə dekabrın 31-də ailə üzvləri ilə danışaraq tərxis olunduğunu və yaxın vaxtlarda evə gələcəyini bildirmişdi.