Vətən müharibəsindən sonra ölkəmiz üçün yeni dövr başlayır  – Baş nazirbackend

Vətən müharibəsindən sonra ölkəmiz üçün yeni dövr başlayır – Baş nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarixi Vətən müharibəsində zəfərdən sonra ölkəmiz üçün yeni dövr başlayır.

NOCOMMENT.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan İş Adamları Forumunda deyib.

Baş nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı strategiya hazırlanıb: “Cənab Prezidentin dediyi kimi, hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Artıq bərpa işlərə başlanılıb və ilkin tərəfdaşlarımız yenə türk qardaşlarımızdır. Türk şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıblar”.