Vətən Müharibəsinin 5 medallı giziri şəhid oldu – FOTOLARbackend

Vətən Müharibəsinin 5 medallı giziri şəhid oldu – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun giziri şəhid olub.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-də gecə saatlarında sərhəddə törətdiyi təxribatlar nəticəsində XTQ-nin giziri Səid Həsənov şəhidlik zirvəsinə yüksəlib.

Səid Həsənov Cəlilabad rayonun Əsədli kəndində anadan olub.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində böyük şücaət göstərən S.Həsənov sağlığında “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.