Vətən Müharibəsinin ilk günündə şəhid olan qəhrəman tankçı – FOTOLARbackend

Vətən Müharibəsinin ilk günündə şəhid olan qəhrəman tankçıFOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Redaksiyamıza Vətən Müharibəsinin ilk günü, sentyabrın 27-də şəhid olan Tank bölüyü komandirinin azyaşlı övladlarından məktub daxil olub.

NOCOMMENT.az olaraq “Şəhidlər ölməz, Vətən bölünməz” rubrikasının bu bölümünü həyatını və sevdiklərini ali amal – Vətən uğrunda qurban verən Mailov Namiq Abış oğlunun həyat yoluna həsr etmişik.

Şəhid Namiq Mailov
Şəhid Namiq Mailov

Şəhidin 116 yaşlı övladları redaksiyamıza məktub ünvanlayıblar:

“Atam Namiq Mailov 1983-cü ildə Biləsuvar rayonunda anadan olub. 2007-ci ildə hərbi məktəbdə gizirliyi oxuyub, tank komandiri kursunu bitirərərk Naxçıvana yola düşüb.

2011-ci ildə könüllü olaraq Fizuli rayonuna tank taboruna göndərilib.

2015-ci ildə nümunəvi xidmətini nəzərə alaraq zabit kurslarına göndərilir.

Şəhid Namiq Mailov
Şəhid Namiq Mailov

2016-cı ildə kiçik leytenant rütbəsi ilə bölük komandiri kimi döyüşlərdə iştirak edərək yaralanır. Aprelin 3-də yaralanmasına baxmayaraq qısa bir zamanda sağalaraq yenidən xidmətə qayıdır. Aprel döyüşləri veteranı idi.

Atamız işinə çox bağlı adam idi.

27 sentyabrda başlayan döyüşlər zamanı bölük komandiri idi. Sentyabrın 27-də Fizuli rayonu uğrunda gedən döyüşlərdə qorxmadan düşmənin üzərinə atılaraq düşmənin ön cəbhə xəttini yaran ilk insanlatrdan biri olub. Bu döyüşlərdə Namiq Mailov düşmənin bir neçə istehkam məntəqəsini və texnikasını məhv edib.

Şəhid Namiq Mailov
Şəhid Namiq Mailov

Füzuli istiqamətində bir neçə kənd irələdikdən sonra gedən şiddətli döyüşlərdə canına bərabər tutduğu tankı ilə birlikdə qəhramancasına ŞƏHİD olur.

Sentyabrın 27-də şəhid olsa da 4 gün davam edən şiddətli döyüşlər səbəbindən nəşini götürə bilmədilər. Çox əziyyət çəkdik, gözümüz yolda qaldı. Oktyabrın 1-də cənazəsini bizə verdilər.

Atamız Baş leytenant Namiq Mailov Tank bölüyü komandiri idi.

Onsuz çox darıxırıq. İki qardaşıq. Mənim 11, qardaşımın 6 yaşı var. Biz də böyüyüb atamız kimi qəhraman olacağıq”.

Qeyd edək ki, Ali Baş Komandanın sərəncamı ilə Mailov Namiq Abış oğlu ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif olundu.

Allah Rəhmət Etsin!

NOCOMMENT.az