Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır – VİDEObackend

Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayon sakini İlqar Kərimov idarə etdiyi avtomobilə yazılmış 400 manatlıq cərimənin qanunsuz olduğunu iddia edir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, o bildirir ki, avtomobili özü sürsə də, cərimə sürücülük hüququ olmayan şəxsə görə yazılıb.

İlqar Kərimov bununla bağlı məhkəməyə də müraciət edib. Məhkəmə cərimə ilə bağlı qərara yenidən baxılması barədə qərar verib.

Vətəndaşın səsləndirdiyi iddialara Baş Dövlət Yol Polisi İdarəsinin mövqeyi belə oldu: ”Vətən Kərimov İlqarın müraciətinə idarədə baxılmışdır. Araşdırmalar zamanı tətbiq edilən inzibati tənbehin qanunauygun olduğu müəyyən edilmişdir. Vətəndaşın narazı qaldıgı təqdirdə yenidən müraciət etmə hüququ var”.

İlqar Kərimov məsələ ilə bağlı yenidən məhkəməyə müraciət edəcəyini bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.