Vətəndaşa yanlış olaraq karantinə alınması ilə bağlı mesaj göndərildibackend

Vətəndaşa yanlış olaraq karantinə alınması ilə bağlı mesaj göndərildi 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, bu barədə vətəndaş şəxsi sosial şəbəkə hesabında paylaşım edib:

“Operativ Qərargahdan bir mesaj gəldi şəxsi nömrəmə: “Hörmətli vətəndaş, Siz COVİD-19 diaqnozu ilə karantin nəzarətindəsiniz. Yaşayış yerinizi tərk etdiyiniz halda cinayət məsuliyyətinə cəlb ediləcəksiniz. Tel: 184”.

AMMA MƏN TEST VERMƏMİŞƏM. Ehtiyac da görməmişəm.

Zəng etdim 184-ə. 2 dəqiqə ərzində həzin musiqi dinlədim. Təsəvvür edin belə bir mesaj alan insanın səbirsizliyini, gərginliyini və 2 dəqiqə uvertyura. Operativ olduqlarına görə 2 dəqiqə sonra cavab oldu.

Cavan oğlana məsələni başa saldım. Qeydiyyatda olduğum rayonu soruşdu və oradakı poliklinikaya məni yönləndirdi.

Telefondakı xanım dinlədi, niyə belə bir halın və necə baş verdiyini məndən soruşdu. Dedim ki, mən sizdən niyə belə olduğunu soruşmaq üçün zəng etmişəm.

Dedi ki, adınız siyahıda yoxdur. Kim mesajı göndərib, ona deyin.

Tamam. Anladıq. Səhvdir.

İndi təsəvvür edin ki, mən deyiləm, 65 yaşlı test verən insandır. O anda infrakt olsa.. insult keçirsə…”, – deyə vətəndaş haqlı olaraq narahatçılığını ifadə edib.