Vətəndaşı hədələyib pulunu əlindən aldıbackend

Vətəndaşı hədələyib pulunu əlindən aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, paytaxt sakini olan bir nəfərə hədə-qorxu gələn şəxsin ondan 1000 manat alması, sonradan yenə də pul tələb etməsi barədə polisə məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Əlişan Yediyarov saxlanılıb.

Araşdırma aparılır.