Vətəndaşlara pensiya kapitalının verilmə ehtimalı və bu mövzu ətrafında gedən müzakirələrə münasibət açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, Pensiya kapitalı deyərkən özəl pensiya fondlarına ayrılan pensiya kapitalından söhbət gedir.
Millət vəkili Aydın Hüseynov aztv-yə bildirib ki, özəl pensiya fondundan yararlanmaq istəyənlər bura əlavə ödəniş də etməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov isə qeyd edib ki, özəl pensiya fondunun menecmenti ilə bağlı beynəlxalq və yerli standartlar təmin edilərsə, bu istiqamətdə yığım və investisiya artmış olacaq.