Vətəndaşları aldadan saxta Vəkil saxlanıldıbackend

Vətəndaşları aldadan saxta Vəkil saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan rayon prokurorluğunda vətəndaş müraciəti əsasında aparılan araşdırma zamanı Elşən Əliyevin özünü vəkil kimi təqdim edərək Respublikanın müxtəlif məhkəmələrin icraatında olan mülki işlər üzrə vəzifəli şəxslərə rüşvət verməklə vətəndaşın xeyrinə qərar qəbul olunması adı ilə ayrı-ayrı vaxtlarda 10 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

NOCOMMENT xəbər verir ki, Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.