Vətəndaşlarımıza hörmətsizlik edənlər…backend

Vətəndaşlarımıza hörmətsizlik edənlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AK Partiya sözçüsü Ömər Çelik, “Zəlzələ zamanı vətəndaşlarımıza qarşı heç bir hörmətsizliyə və CHP zehniyyətinin partizan ayrı-seçkiliyinə icazə verməyəcəyik. Bütün Türkiyə hörmətsizliyə, tərəfkeşlik edənlərə qarşıdır” deyib.

NOCOMMENT xəbər verir ki, AK Partiya sözçüsü Ömər Çelik sosial media hesabından verdiyi açıqlamada Türkiyənin zəlzələ bölgəsində vətəndaşlara hörmətsizlik edənlərə qarşı olduğunu bildirib.

Çelik paylaşımında bu ifadələrdən istifadə edib:

“Zəlzələ zamanı vətəndaşlarımıza qarşı heç bir hörmətsizliyə və CHP zehniyyətinin partizan ayrı-seçkiliyinə imkan verməyəcəyik. Bütün Türkiyə hörmətsizlik edənlərə, tərəfkeşlik edənlərə qarşıdır. Zəlzələ bölgəsində vətəndaşlarımıza hörmətsizlik edənlər hamıdan əvvəl bizi tapacaqlar”.