Dövlət Duması vətəndaşlığı olmayan şəxslərə Rusiya Federasiyası Silahlı Qüvvələrində hərbi xidmət keçmək üçün müqavilə bağlamaq imkanının verilməsini təklif edən qanun layihəsini birinci oxunuşda qəbul edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Təşəbbüs “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsini təklif edir.
Müvafiq dəyişikliklər daha altı federal qanuna, o cümlədən “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanuna da ediləcək.
Aprel ayında Rusiya Ədliyyə Nazirliyi vətəndaşlığı olmayan şəxslərin Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında xidmət etməsinə icazə verilməsini təklif edib. Təşəbbüs Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Federal Penitensiar Xidmət və Rusiya Müdafiə Nazirliyi, habelə qanunvericilik fəaliyyəti üzrə hökumət komissiyası tərəfindən bəyənilib.