Azərbaycanda “SAB” brendində kolbasa məmulatları istehsal edən şirkətdə yeni direktor təyinatı olub.
NOCOMMENT.az xəbər verir ki, Şahin Hüseynov “Zəhmət Ruzi” MMC-nin daxili nəzarət direktoru vəzifəsinə təyin olunub.
O, bu vəzifəsinə qədər 2023-cü ildən, “Veysəloğlu Şirkətlər Qrupunda” Daxili audit meneceri vəzifəsində çalışıb.
Həmçinin Şahin Hüseynov “MKT İstehsalat Kommersiya” MMC, “Mingəçevir tekstil” MMC, Azərsun Holdinq-də müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, “Zəhmət Ruzi” MMC həmçinin, Azərbaycanın ət və süd məhsullarının istehsalı ilə məşğul olur. 2002-ci ildə dövlət qeydiyyatına alınıb və 4 000 200 manat manat nizamnamə kapitalı var.