Veysəloğlu şirkətindən aldığınız SPAM-lara etimad etməyin – MÜRACİƏTbackend

Veysəloğlu şirkətindən aldığınız SPAM-lara etimad etməyin – MÜRACİƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə ölkənin ər iri distributer və dağıtım şirkətlərindən biri olan Veysəloğlu Şirkətinin adından kütləvi SPAM maillər yayılmağa başlamışdı.

NOCOMMENT.az xəbər verir ki, bu barədə şirkət özünün rəsmi müraciətində bildirir: “İctimaiyyət və kütləvi informasiya vasitələrinin nəzərinə.

Son günlər Veysəloğlu MMC adından bir çox yerli habelə xarici şirkət e-mail adreslərinə spam maillər göndərilmişdir. Qeyd etmək istəyirik ki bu kimi maillər kimliyini dəyişmə metodikası (spofing) ilə göndərilir. Spam mail ilk öncə ölkəmizdə, sonra isə İngiltərə, Xorvatiya və sair ölkələrdən generasiya olmuşdur. Maillərdə yeni sifarişlər, ödəniş tələbləri ilə bağlı müxtəlif məzmunlar qeyd edilmişdir. Veysəloğlu MMC olaraq bu məzmunlu e-maillərə etimad etməməyinizi, göndərilən e-mail və ya linkə daxil olmadan silməyinizi xahiş edirik”.