“Veysəloğlu-Yaycılı Qardaşlar”ın rəhbərinin ölkədən çıxışına qadağa qoyulur – 1.5 milyona yaxın vergi borcu varbackend

“Veysəloğlu-Yaycılı Qardaşlar”ın rəhbərinin ölkədən çıxışına qadağa qoyulur – 1.5 milyona yaxın vergi borcu var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-nin qanuni təmsilçisi Sərdarov Vüqar Ziyatxan oğlunun ölkədən çıxışına qadağa qoyulur.

NOCOMMENT.az-ın xəbərinə görə, V.Sərdarovla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi edib.

Mahiyyəti xususi icraat – Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat olan iş hakim Kənan Hüseynovun icraatındadır.

Qeyd: “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-nin 1 445 476 manat vergi borcu var. MMC Aydın Veysəl oğlu Talıbovun rəhbərlik etdiyi “Veysəloğlu Qrup”a daxildir.