Vəzifədən azad edilən İsa Həbibbəyli danışdıbackend

Vəzifədən azad edilən İsa Həbibbəyli danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu, dünya akademiyalarına inteqrasiya baxımından aparılan bir islahatdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının sabiq birinci vitse-prezidenti İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, dünyanın əksər ölkələrinin akademiyalarında Akademiyanın prezidentindən sonra ikinci şəxs kimi birinci vitse-prezident institutları fəaliyyət göstərir:

“Həmin birinci vitse-prezident Akademiyanın rəhbərinin fəaliyyətini digər vitse-prezidentlərlə, institutlarla əlaqələndirir, o vəzifəni yerinə yetirir. Bizim akademiyada isə iki birinci vitse-prezident var idi. Azərbaycan Elmlər Akademiyasının da o iki birinci vitse-prezidentlikdən bir vitse-prezidentliyə keçməsi dünya akademiyalarında olan modelini Azərbaycanda tətbiqi deməkdir. Buna görə də birinci vitse-prezidentlik təsis olundu. Kifayət qədər elmdə təcrübəsi, həm də öz sahəsində tanınmış alimlərdən biri olan akademik Dilqəm Tağıyev də həmin vəzifəyə təyin olundu. Hesab edirəm ki, layiqli namizəddir”.

İsa Həbibbəyli deyir ki, bundan sonra AMEA-da İbrahim Quliyevlə birlikdə vitse-prezident kimi fəaliyyətiniz davam etdirəcək:

“Mən bunu xoş qarşılayıram, Dilqəm müəllimi də təbrikm edirəm”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasında bir sıra islahatlar həyata keçirilib. Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub. Akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti seçilib.

Akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.