Vəzifədən uzaqlaşdırılan generalın milyonluq biznes SİYAHISIbackend

Vəzifədən uzaqlaşdırılan generalın milyonluq biznes SİYAHISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun sabiq birlik komandiri general-mayor Xəqani Cəbrayılovun biznesinin siyahısı üzə çıxıb.

NOCOMMENT-in demokrat.az-a istinadən məlumatına görə, sabiq birlik komandirinin Sumqayıt və Xızı ərazilərində böyük fermaları, restoran və kafeləri fəaliyyət göstərir.

Xəqani Cəbrayılovun bizə məlum olan biznes siyahısını oxuculara təqdim edirik:

– Sumqayıt şəhərində restoran, kafe və marketləri;

– Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində restoran;

– Xızı rayonunun Şorabad kəndi və Yaşma qəsəbəsi ərazilərində hektarlarla sahəni əhatə edən donuz ferması;

– Xızı rayonunun Altıağac qəsəbəsi ərazisində torpaq sahələri və istirahət mərkəzi;

– Xızı rayonu ərazisində heyvandarlıq təsərrüfatı.

Xəqani Cəbrayılovun ölkə xaricində də biznesinin olduğu haqda məlumatlar var.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.

Bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Onu da bildirək ki, Xəqani Cəbrayılov Orduda general-leytenant Rövşən Əkbərovun yaxın adamı kimi tanınır.