Vəzifəli şəxsin yarım milyonunu ələ keçirdi – “Özümə “Maserati” aldım”backend

Vəzifəli şəxsin yarım milyonunu ələ keçirdi – “Özümə “Maserati” aldım”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəis müavini Nuru Quliyevə qarşı dələduzluq edərək, eləcə də, saxta sənədlər tərtib edərək ondan külli miqdarda pul alan şəxs həbs olunub.

NOCOMMENT.az Kriminalqafqaz-a istinadən məlumatına görə, N.Quliyevə məxsus Bakının müxtəlif ərazilərindəki torpaq sahələrini sənədləşdirmək, eləcə də Xaçmazda və digər ərazilərdə perspektivli torpaq sahələri alacağını vəd edərək ondan 395 min manat və 8 min dollar alan 1983-cü il təvəllüdlü Cavanşir Qasımov barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə iş açılıb və o həbs edilib.

Araşdırmalar zamanı məlum olub ki, makler kimi tanınan və Əmlak Məsələləri Dövlət Xidmətində vəzifəli şəxslər vasitəsilə işləri həll etdiyini bildirən şəxs külli miqdarda pulu ələ keçirdikdən sonra SOCAR-ın baş ofisində N.Quliyevə saxta sənədlər təqdim edib.

Bu səbəbdən Cavanşirin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə yanaşı 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə də iş açılıb.

Həbs edilən şəxs ifadəsində bildirib ki, aldığı pulların böyük hissəsini şəxsi ehtiyaclarına xərcləyib, həmçinin özünə “Maseratti” markalı lüks avtomobil alıb.

İbtidai istintaq dövründə Cavanşir Qasımov SOCAR-ın vəzifəli əməkdaşından aldığı 408 min 600 manatın 3 min dollarını geri qaytarıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il həbs cəzası verilib.