Vəzifəyə gəldikdən 6 gün sonra öldürüldübackend

Vəzifəyə gəldikdən 6 gün sonra öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Meksikanın Çilpansinqo şəhərinin meri Alexandro Arkos vəzifəsinin icrasına başladıqdan 6 gün sonra öldürülüb.

NOCOMMENT.az bu barədə Modern.az-a istinadən xəbər verir.

Çilpansinqo şəhəri Meksikanın cənub-qərbində yerləşir və 280 minə yaxın əhalisi var. Şəhərin daxil olduğ Querrero hökumət rəsmiləri və jurnalistlər üçün ən təhlükəli ştatlardan biridir.
Alexandro Arkosun qətli ilə bağlı cinayət işi açılıb. Onun ölümü sosial şəbəkələrdə pikapın damında kəsilmiş baş və ön sərnişin oturacağında əyləşmiş cəsədin əks olunduğu fotolar dərc edildikdən sonra rəsmi olaraq təsdiqlənib. İstifadəçilər fotolarda Arkosun cəsədinin olduğunu iddia edirlər. Fotoların həqiqiliyi rəsmi olaraq təsdiqlənməyib.
Qeyd edək ki, üç gün əvvəl şəhər hökumətinin yeni katibi Fransisko Tapiya güllələnib.