Vəziyyət artıq kritikdir, SMS icazə gündəmdə…backend

Vəziyyət artıq kritikdir, SMS icazə gündəmdə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vəziyyət artıq çox kritikdir”.

NOCOMMENT xəbər verir ki, bunu milli.Az-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

İnfeksionist bildirib ki, bu şəkildə davam etsə, ölkənin böyük əksəriyyətində yoluxma sayları yüksələcək: “Yoluxmanın 1000-in üzərində olması ciddi bir rəqəmdir. Yoluxanlarının sayının daha da artma ehtimalı var. Xəstəliyin bir insandan digərinə çox asan və sadə yolla yoluxduğuna görə və yoluxma əmsalı yüksək bir xəstəlik olduğuna görə insan faktoru çox önəmlidir. Hər kəs bilir və ilk gündən biz də dəfələrlə vurğulamışıq ki, COVİD hava damcı yolu ilə, tənəffüs yolu vasitəsilə bir şəxsdən digərinə yoluxur və insanlar arasında kontakt, ünsiyyət, sıxlıq nə qədər çox olarsa düzmütənasib olaraq yoluxma ehtimalı da bir o qədər yüksələcək. Bu gün bizim yoluxmamız keçən həftəyə nisbətən 150-200-ə qədər artıbsa əgər, bu o deməkdir ki, insanlar arasında ünsiyyət, təmas gözlənilmədi.

Əgər qorunma tədbirlərinə riayət edərsək, mən demirəm yoluxmanı sıfırlaya bilərik, amma ən azından yoluxma ehtimalını azaldaraq rəqəmlərimizi stabil aşağı sayda saxlaya bilərik. Nə qədər yoluxma ehtimalımızı azaltsaq, biz bunu rəqəmlərdə mütləq görəcəyik.

Hazırda aidiyyatı qurumlar təbii ki, baş verən hadisələri, ötən günlər ərzində olan yoluxmaları, statistikanı, bunların hər birini təhlil edib münasib qərarlar verirlər. Biz də artıq bir neçə müddətdir müşahidə edirik ki, ölkədə rəqəm sayının artmasına baxmayaraq tam qapanmalardansa, lokal qapanmaya gedilir. Çünki COVİD yayılmağa başladığı ilk dövrlərdən həm bizim, həm dünyanın pandemiyanın idarə olunması təcrübəsi az olduğu üçün hər ölkə müxtəlif strategiyalar seçmişdi. Bu strategiyaların da uğurlu olub olmaması təhlil edildi. Biz də pandemiyanın birinci mərhələsində, martın sonları, aprel, may, iyun aylarında ciddi qapanmalara getmişdik, sərt karantin rejimi tətbiq etmişdik. O dövrlərdə verilən qərarlar bütün ölkəyə, bütün rayonlara şamil olunurdu və total qapanmalar, sərtləşmələr və yaxud total yumşalmalara gedilirdi. Artıq bir müddətdir ki, aidiyyatı qurumlar tərəfindən bir az fərqli yanaşmaların şahidiyik, lokal məhdudiyyətlərə daha çox üstünlük verilir.

Bəzi rayonlar, bəzi şəhərlər, şəhərlərin rayonları, qəsəbələri, hətta bəzi müəssisələr daxilində belə biz lokal qapanmaları daha çox müşahidə etdik. Bu, təhsil sistemində, hansı məktəbdə daha çox yoluxma olurdusa məhz həmin məktəb qapanırdı, bütün məktəblər qapanmırdı. Bu təcrübə düşünürəm ki, daha məntiqli bir yanaşmadır. Amma bu gün biz müşahidə edirik ki, artıq rəqəmlərimiz çox yüksəkdir, dörd rəqəmli (1000-in üzərində) bir gündəlik yoluxma sayı müşahidə edirik. Bəli, bu şəkildə davam etsə, artıq ölkənin böyük əksəriyyətində yoluxma sayları yüksələcək. Bu da təbii ki, həm sms icazə, həm də total qapanmaları qaçılmaz edəcək”.